Academic Studies Logo
fingerprint
ISSN & Başlanğıc2709-78462021 / 2024
update
Dövrİldə 4 NəşrQuarterly
person
NaşirSəadət MəmmədovaJurnalın Təsisçisi
edit
RedaktorHümeyir ƏhmədovBaş Redaktor

Yazı qaydaları

ÜMUMİ QAYDALAR

Məqalələrin məzmunu

Jurnala göndəriləcək məqalələr sosial elmlər sahəsinə öz töhfəsini verəcək və sosial elmlərə yenilik gətirəcək səviyyədə aktual və orijinal olmalı, analitik xarakter daşımalı və akademik tələblərə cavab verməlidir. Elmi məqalənin Giriş hissəsində mövzunun aktuallığı əsaslandırılmalı, Mətn hissəsində tədqiq edilən məsələlər, qaldırılan problemlər bölmələr üzrə ətraflı şərh edilməli, Nəticə hissəsində elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq müəllifin gəldiyi elmi qənaət, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və s. aydın şəkildə verilməli, təklif və tövsiyələr irəli sürülməlidir.

Məqalələrin strukturu, tərtib edilmə qaydaları və həcmi

Redaksiyaya təqdim edilən məqalələr Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlərin qarşısında qoyduğu tələblərə (http://aak.gov.az) və “Sosiologiya.Sosial psixologiya.Siyasət” elmi araşdırmalar jurnalının “Müəlliflər üçün qaydalar”ına tam cavab verməlidir.

Məqalələr dəqiq strukturlaşdırılmalıdır. Hər məqalədə ardıcıl olaraq:

  • UOT indekslər və PACS tipli kodlar təqdim edilir.
  • Müəllifin adı və soyadı, Müəllifin işlədiyi qurumun adı və ünvanı, Müəllifin vəzifəsi, elmi dərəcəsi və elmi adı, təmsil etdiyi ölkə və electron poçt ünvanı səhifənin yuxarı sağ küncündə göstərilir.
  • Məqalənin adı – səhifənin ortasında, böyük hərflərlə, qaraldılmış sriftlərlə (başlıq və mətn arasında – sətir atlama) verilir.
  • Məqalənin yazıldığı dildə Xülasə və ən azı 5 açar söz göstərilir.
  • Məqalənin Giriş hissəsi müəllif tərəfindən müəyyən edilir.
  • Əsas mətn yarımbaşlıqlara bölünür.
  • Tədqiqatın əsas elmi nəticələri qısa və ümumiləşdirilmiş şəkildə Nəticə hissəsində təqdim edilir.
  • Məqalələrin sonunda iki dildə “Xülasə” verilir.
  • Hər bir “Xülasə”dən sonra açar sözlər təqdim edilir.
  • Cədvəl və şəkillərin adı olmalı və nömrələnməlidir.
  • Məqalənin həcmi 8 səhifədən az olmamalıdır. (A4, Times New Roman, 12pt, 1,5 interval).

Məqalədə rast gəlinən mənbələrə istinad olunma qaydası:

  • Məqalədə yalnız istinad edilən ədəbiyyat kodlaşdırılaraq sonda əlifba sırası ilə verilir.
  • İstinad edilmiş ədəbiyyatın kodu mötərizədə yazılır. (Məs.: [76, s. 35-36].)
  • Məqalənin sonunda Ədəbiyyat siyahısı dissertasiyalara şamil edilən müvafiq qaydalara uyğun verilməlidir.

III. MƏQALƏLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ DERCI

Sosiologiya.Sosial psixologiya.Siyasət jurnalına göndərilən məqalələr əvvəlcə redaksiya tərəfindən qiymətləndirilir. Resenziyalaşdırma üçün qəbul edilən məqalələrin prosesində elmi obyektivlik və keyfiyyət kriteriyalarına xüsusi diqqət yetirilir. Resenzentlərin adları məxfi saxlanılır.

Kompliyuasiya və plagiatlıq halları

Bütün məqalələr plagiat ehtimalına görə nəzərdən keçirilir. Plagiatlıq hallarına rast gəldikdə məqalə dərhal çap prosesindən kənarlaşdırılır.

Müəlliflik hüquqları

Jurnalda dərc edilən məqalələrdə müəlliflik hüququ qorunur və bu məqalələrin bütün nəşr hüquqları jurnalın redaksiyasına aiddir.

Əlavə məlumat üçün: ssps.journal@academic-studies.az